Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb

Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bolqarıstanda növbədənkənar parlament seçkilərində yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) səsvermə başlayıb.
Digər ölkələr
9 İyun , 2024 09:16
Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb

Bolqarıstanda növbədənkənar parlament seçkilərində yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) səsvermə başlayıb.

“Report” xəbər verir ki, vətəndaşlar Xalq Məclisinə (birpalatalı parlament) və Avropa Parlamentinə deputatlar seçəcəklər.

Ümumilikdə ölkə üzrə 12 869 seçki məntəqəsi açılıb, 6 milyondan çox insan seçici siyahılarına daxil edilib. Növbədənkənar parlament seçkilərində səsvermə xüsusi səsvermə maşınları və ya kağız bülletenlərdən istifadə etməklə mümkün olacaq. Proses yerli vaxtla saat 20:00-da başa çatacaq.

60 ölkədə Bolqarıstan vətəndaşları üçün 769 səsvermə dairəsi fəaliyyət göstərəcək.

Parlamentdə 240 mandat uğrunda 20 siyasi partiya və 11 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 6 100 nəfər deputat mandatı, 418 namizəd isə Avropa Parlamentində yerlər uğrunda mübarizə aparır.

Bütün seçki məntəqələri polis və jandarm tərəfindən yoxlanılıb və mühafizəyə alınıb.

Son xəbərlər

Orphus sistemi