Bolqarıstanda miqrant daşıyan avtomobil aşıb

Bolqarıstanda miqrant daşıyan avtomobil aşıb Bolqarıstanın Burqas şəhəri yaxınlığında 15-ə yaxın qanunsuz miqrant daşıyan avtomobil qəzaya uğrayıb.
Digər ölkələr
15 Avqust , 2022 01:44
Bolqarıstanda miqrant daşıyan avtomobil aşıb

Bolqarıstanın Burqas şəhəri yaxınlığında 15-ə yaxın qanunsuz miqrant daşıyan avtomobil qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb.

Polisin təqibindən yayınan sürücü idarəetməni itirib və avtomobili ağaca çırpıb. Nəticədə avtomobil aşıb.

İlkin məlumata görə, avtomobildə 15 miqrant olub, onlardan 5-i yaralanıb, birinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi