Yuxarı
    Bağlamaq

    Bolqarıstanda keçirilmiş prezident seçkilərinin birinci turunda Rumen Radev qalib olub

    Ölkədə əsas iki namizəd seçkilərin favoriti sayılır

    Bakı. 7 noyabr. REPORT.AZ/ Bolqarıstan Sosialist Partiyasının namizədi, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev prezident seçkilərinin birinci turunda rəqiblərini üstələyib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ilkin rəsmi məlumatda qeyd edilib.

    Bolqarıstanın Mərkəzi Seçki Komissiyası seçkilərdə prezidentliyə və vitse prezidentliyə 21 nəfərin namizədliyini qeydiyyata alıb. 

    Ölkə postu uğrunda mübarizədə əsas namizəd "Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda" Partiyasının rəhbəri, parlamentin spikeri Çeçk Çaçev və Bolqarıstanın Hərbi Hava Qüvvələrinin sabiq rəhbəri, Sosialist Partiyasının rəhbəri, general Rumen Radef hesab edilir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi