Yuxarı
    Bağlamaq

    ​Bolqarıstan Türkiyə ilə sərhəddə 131 km. uzunluğunda sədd tikəcək

    Həmçinin quru səddinin mühafizəsi üçün əraziyə əlavə olaraq sərhəd polisinin 700 qulluqçusu da göndəriləcək

    Bakı. 4 yanvar. REPORT.AZ/ Bolqarıstan Türkiyə ilə quru sərhədində daha 131 km. uzunluğunda sədd inşa edəcək.

    "Report" Bolqarıstan Milli Radiosuna istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Miqlena Kuneva məlumat verib.

    O, həmçinin bildirib ki, tikanlı məftildən ibarət divarın tikintisinin davam etdirilməsindən başqa, quru səddinin mühafizəsi üçün əraziyə əlavə olaraq sərhəd polisinin 700 qulluqçusu da göndəriləcək.

    Bolqarıstan cari ilin mart ayında Türkiyə ərazisindən gələn qaçqınların sayının artacağıını gözləyir.

    "Ölkənin Şengen zonasına daxil olacağını nəzərə alaraq, Bolqarıstanın bu axının öhdəsindən gəlməsi və Şengen birliyinə üzv qəbul edilmək hüququna malik olduğunu sübut etməsi çox vacibdir", – deyə bolqar baş nazir əlavə edib.

    Bolqarıstan 2014-cü ildə qeyri-qanuni miqrasiya axınının qarşısını almaq üçün təqribən 30 milyon avro vəsait sərf edib. Bu il, göstərilən məbləğin 50 milyonadək artırılacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi