Bolqarıstan rəhbərliyi Rusiya diplomatlarına sərt cavab verib

Bolqarıstan rəhbərliyi Rusiya diplomatlarına sərt cavab verib Bolqarıstan rəhbərliyi Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliklərinin 70 əməkdaşının Bolqarıstanı tərk etməli olduğu qərarı ləğv etmək tələbini yerinə yetirməkdən imtina edib
Digər ölkələr
1 İyul , 2022 15:29
Bolqarıstan rəhbərliyi Rusiya diplomatlarına sərt cavab verib
Kiril Petkov

Bolqarıstan rəhbərliyi Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliklərinin 70 əməkdaşının Bolqarıstanı tərk etməli olduğu barədə qərarı ləğv etmək tələbini yerinə yetirməkdən imtina edib.

“Report” Bolqarıstan Milli Radiosuna istinadən xəbər verir ki, bunu Bolqarıstan Baş naziri səlahiyyətlərini icra edən Kiril Petkov deyib.

“Biz xarici diplomatların Bolqarıstan dövlətinə ultimatum verməsinə imkan verməyəcəyik”, - siyasətçi bildirib.

İyulun 1-nə keçən gecə Rusiya səfirliyi Bolqarıstan hökumətindən diplomatik nümayəndəliklərinin 70 əməkdaşının iyulun 3-dək ölkəni tərk etməli olduğu barədə qərarın ləğvini tələb edib:

“Əks halda Rusiya rəhbərliyindən dərhal Rusiyanın Sofiyadakı səfirliyinin bağlanması tələb olunacaq ki, bu da avtomatik olaraq Bolqarıstanın Moskvadakı səfirliyinin bağlanması deməkdir”.

Xatırladaq ki, iyunun sonunda Bolqarıstan Xarici İşlər Nazirliyi ölkədə işləyən rusiyalı diplomatların sayını Rusiyadakı bolqar diplomatların sayından çox olmayan həddə qədər azaltmaq qərarına gəlib. Ümumilikdə 50-yə yaxın rusiyalı diplomat Bolqarıstanda işləməyə davam etməlidir.

Son xəbərlər

Orphus sistemi