Bolqarıstan parlamentinin sədri istefa verib

Bolqarıstan parlamentinin sədri istefa verib Sosialistlər partiyasını təmsil edən deputatlar isə spiker istefa verməyəndək parlamentin iclaslarında iştirak etməyəcəklərini bildiriblər
Digər ölkələr
17 Noyabr , 2017 14:23
Bolqarıstan parlamentinin sədri istefa verib

Sofiya.17 noyabr. REPORT.AZ/ Bolqarıstan Xalq Yığıncağının (parlament) sədri Dimitar Qlavçev istefa verib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə. o, qərarını ölkənin baş naziri Boyko Borisovla bu gün keçirdiyi görüşdən sonra açıqlayıb.  

Məlumata görə, buna iki gün öncə spiker D.Qlavçevin Bolqarıstan Sosial Demokrat Partiyasının (BSD) lideri Korneliya Ninovanı parlamentin iclasından qovması səbəb olub. Sosialistlər partiyasını təmsil edən deputatlar isə spiker istefa verəməyəndək parlamentin iclaslarında iştirak etməyəcəklərini bildirmişdilər. 

Bolqarıstanın baş naziri B.Borisov isə parlament sədrinin istefasına münasibət bildirərkən deyib ki, ölkədə stabillik hər şeydən üstündür.

Artıq Bolqarıstan parlamentinin yeni sədri də seçilib. “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” Partiyası bu vəzifəyə hazırki sədr müavini Tseva Karayancevanın namizədliyini irəli sürüb. T.Karayanceva səsvermə zamanı 138 deputatın dəstəyini qazanaraq parlamentin sədri seçilib.

Qeyd edək ki, bu gün ölkə parlamentinin iclasının gündəliyinə sədr D.Qlavçevin vəzifəsindən azad olunması məsələsi daxil edilmişdi. Lakin sədr özü könüllü istefa verdiyindən müzakirələr ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi