Bolqarıstan koronavirusla bağlı fövqəladə vəziyyətin müddətini uzadır

Bolqarıstan koronavirusla bağlı fövqəladə vəziyyətin müddətini uzadır Bolqarıstan hökuməti koronavirusla bağlı tətbiq edilmiş fövqəladə epidemioloji vəziyyətin müddətini iyun ayının sonunadək uzatmaq niyyətindədir
Digər ölkələr
16 May , 2021 16:46
Bolqarıstan koronavirusla bağlı fövqəladə vəziyyətin müddətini uzadır

Bolqarıstan hökuməti koronavirusla bağlı tətbiq edilmiş fövqəladə epidemioloji vəziyyətin müddətini iyun ayının sonunadək uzatmaq niyyətindədir.

“Report” “BTV”-yə istinadən xəbər verir ki, bunu ölkənin baş sanitar müfəttişi Angel Kunçev bildirib. Belə ki, qərarın gələn həftə veriləcəyi gözlənilir.

Bununla yanaşı, əhalinin qabaqcadan qeydiyyata düşmədən peyvənd olunması qaydası da uzadılacaq. İndiyədək ölkədə 1 milyon 113 min nəfər peyvənd olunub, o cümlədən 413 mindən artığına ikinci doza vurulub.

Bundan əvvəl Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət may ayının sonunadək uzadılsa da, bir sıra məhdudiyyətlər ləğv edilib. Mayın 1-dən turizmdə yay mövsümü açılıb, əcnəbilərin ölkəyə gəlməsinə icazə verilib.

Son xəbərlər

Orphus sistemi