Yuxarı

​Bolqarıstan Fransaya Paris terror aktlarında şübhəli bilinən şəxsi təhvil verəcək

Ötən gecə Friz-Joli Joaşin polis tərəfindən Haskovodan Sofiyaya gətirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bolqarıstan bu gün Fransaya Paris terror aktlarının hazırlanmasında şübhəli bilinən Friz-Joli Joaşini təhvil verəcək. "Report" Bolqarıstanın milli radiosuna istinadən xəbər verir ki, Ötən gecə Friz-Joli Joaşin polis tərəfindən Haskovodan Sofiyaya gətirilib. Şübhəli şəxsin təhvil verilməsi iki ölkənin xüsusi xidmət orqanları tərəfindən razılaşdırılıb.

Yanvarın 20-də Haskovo məhkəməsi Fransa vətəndaşının bu ölkəyə verilməsi haqqında qərar çıxarıb.

Joaşini yanvar ayının 1-də Türkiyə ilə sərhəddə yerləşən "Kapitan-Andreyevo" sərhəd-buraxılış məntəqəsində həbs ediblər. O, 3 yaşlı oğlunun oğurlanmasında şübhəli bilinirdi, lakin yanvarın 12-də Paris məhkəməsi Joaşinin terror aktlarının hazırlanmasında şübhəli bilindiyi üçün onun həbsinə ikinci dəfə order verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi