Boliviyada mikroavtobus min metr dərinliyi olan uçuruma aşıb

Boliviyada mikroavtobus min metr dərinliyi olan uçuruma aşıb Boliviyanın cənubunda mikroavtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər həlak olub.
Digər ölkələr
23 Dekabr , 2021 02:07
Boliviyada mikroavtobus min metr dərinliyi olan uçuruma aşıb

Boliviyanın cənubunda mikroavtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər həlak olub.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, qəza nəticəsində yalnız bir nəfər sağ qalıb. Onun vəziyyəti stabil qiymətləndirilir.

İlkin ehtimala görə, yağışdan islanmış yolda sürücü idarəetməni itirib və mikroavtobus, təxminən, 1000 metrlik uçuruma düşüb.

Boliviyada çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Belə ki, ölkədəki avtobus marşrutlarının əksəriyyəti dağ yollarından keçir. Boliviyadakı bu dağ yolları dünyanın ən təhlükəli avtomobil şoseləri sayılır.

Son xəbərlər

Orphus sistemi