Boliviyada koronavirusa yoluxanların sayı kəskin artır

Boliviyada koronavirusa yoluxanların sayı kəskin artır
Digər ölkələr
203
29 İyun , 2020 23:44
Boliviyada koronavirusa yoluxanların sayı kəskin artır

Boliviyanın Səhiyyə naziri Eydi Roka bəyan edib ki, ölkədə COVID-19-a yoluxanların sayı sürətlə artır, həftəsonu rekord sayda koronavirusa yoluxma halları qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Razon” nəşri məlumat yayıb.

“Boliviya əhalisi bilməlidir ki, COVID-19-a yoluxma halları sürətlə artır. İnfeksiyanın əhalinin sağlamlığına təsirini azaltmağa kömək edəcək tədbirlər görüləcək”.- deyə, nazir bildirib.

Boliviyada ümumilikdə 31 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 014 pasiyent vəfat edib.

Ölkədə 22 minə yaxın infeksiyaya yoluxma son iki həftə ərzində qeydə alınıb.