Boliviyada karnavalda partlayış olub, ölənlər və yaralananlar var

Boliviyada karnavalda partlayış olub, ölənlər və yaralananlar var Bakı. 11 fevral. REPORT.AZ/ Boliviyanın Oruro şəhərində keçirilən karnavalda partlayış olub.
Digər ölkələr
11 Fevral , 2018 08:26
Boliviyada karnavalda partlayış olub, ölənlər və yaralananlar var

Bakı. 11 fevral. REPORT.AZ/ Boliviyanın Oruro şəhərində keçirilən karnavalda partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Evo Morales özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Məlumata görə, hadisə zamanı azı 6 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü uşaqlardır. 

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Yerli polisin məlumatına görə, partlayışa küçədəki çadırda yeməklə birlikdə qoyulan qaz balonu səbəb ola bilər. 

Son xəbərlər

Orphus sistemi