Yuxarı
    Bağlamaq

    Boliviyada baş vermiş 2 yol qəzasında 18 nəfər ölüb, 9 nəfər yaralanıb

    Hər iki faktla bağlı araşdırma aparılır

    Bakı. 2 iyul. REPORT.AZ/ Boliviyada baş vermiş 2 yol qəzasında 18 nəfər ölüb, 9 nəfər yaralanıb. "Report"un məlumatına görə, bu haqda Sinxua agentliyi məlumat yayıb.  

    Məlumata görə, ilk qəza ölkənin qərbində, Kilyakolo vilayətində baş verib. İçində 12 sərnişinin olduğu mikroavtobus avtobusla toqquşub. Nəticədə 9 nəfər ölüb. Ağır xəsarət almış iki nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəyə səbəb mikroavtobusun idarəetməni itirməsi və qarşıdan gələn avtobusun yoluna çıxması olub. 

    İkinci yol qəzası isə Potosi-Sukre şosesində baş verib. Avtobusun yoldan çıxaraq aşması nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb. 

    Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Polis faktla bağlı araşdırma aparır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi