Boliviyada avtobusun qayaya çırpılması nəticəsində 14 nəfər ölüb

Boliviyada avtobusun qayaya çırpılması nəticəsində 14 nəfər ölüb Boliviyanın cənubunda avtobusun qayaya çırpılması nəticəsində azı 14 nəfər ölüb, daha 18 nəfər yaralanıb.
Digər ölkələr
18 Avqust , 2024 04:14
Boliviyada avtobusun qayaya çırpılması nəticəsində 14 nəfər ölüb

Boliviyanın cənubunda avtobusun qayaya çırpılması nəticəsində azı 14 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

“Report” ABI agentliyinə istinadən xəbər verir ki, bu barədə Torix Departamentinin polis rəisi Xose Vilyans bildirib.

"Təəssüf ki, 14 nəfər ölüb, hadisə yerinə gələn yanğınsöndürənlər, polis və təcili yardım maşınları tərəfindən 18 nəfərə yardım edilib", - ABI agentliyi ondan sitat gətirib.

İlkin məlumatlara görə, qəza əyləclərin nasazlığı səbəbindən baş verə bilər. Sərnişinlərdən əlavə, Santa-Krus şəhərinə gedən avtobusda iki sürücü və onların köməkçisi də olub. Yaralılar Tarih şəhər xəstəxanasına aparılıb.

Boliviya Prezidenti Luis Arse ölənlərin ailələrinə başsağlığı verib. "Bu dəhşətli hadisəyə səbəb olan səbəbləri araşdırmağı tapşırdıq", - o “X” sosial şəbəkəsində yazıb.

Son xəbərlər

Orphus sistemi