Boliviyada ağır yol qəzasında 21 nəfər ölüb, xəsarət alanlar var

Boliviyada ağır yol qəzasında 21 nəfər ölüb, xəsarət alanlar var Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 21 nəfər həlak olub.
Digər ölkələr
7 Sentyabr , 2021 07:38
Boliviyada ağır yol qəzasında 21 nəfər ölüb, xəsarət alanlar var

Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 21 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə ölkənin prezidenti Luis Arse bildirib.

"Biz kədərli xəbər aldıq ki, Koçabamba departamentində, Moroçatoy yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 insan həlak olub, 12 nəfər xəsarət alıb. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik", - deyə o, özünün tvitterdəki hesabında yazıb.

“Unitel” telekanalı bildirib ki, Kilyakolyo şəhəri istiqamətində hərəkət edən avtobus 200 metrlik hündürlükdən aşıb. Sərnişin avtobusunun xəstəxanada müalicə edilən sürücüsünün sözlərinə görə, o, nəqliyyat vasitəsinin digər avtomobillə toqquşmaması üçün qəfil əyləci basıb. Bundan sonra avtobusa idarəetməni itirib.

Son xəbərlər

Orphus sistemi