Boliviyada ağır yol qəzasında 21 nəfər ölüb, xəsarət alanlar var
Boliviyada ağır yol qəzasında 21 nəfər ölüb, xəsarət alanlar varBoliviyanın mərkəzi hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 21 nəfər həlak olub.
Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 21 nəfər həlak olub.
“Report”un məlumatına görə, bu barədə ölkənin prezidenti Luis Arse bildirib.
"Biz kədərli xəbər aldıq ki, Koçabamba departamentində, Moroçatoy yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 insan həlak olub, 12 nəfər xəsarət alıb. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik", - deyə o, özünün tvitterdəki hesabında yazıb.
“Unitel” telekanalı bildirib ki, Kilyakolyo şəhəri istiqamətində hərəkət edən avtobus 200 metrlik hündürlükdən aşıb. Sərnişin avtobusunun xəstəxanada müalicə edilən sürücüsünün sözlərinə görə, o, nəqliyyat vasitəsinin digər avtomobillə toqquşmaması üçün qəfil əyləci basıb. Bundan sonra avtobusa idarəetməni itirib.
Recibimos la lamentable información de que un accidente de bus cerca de Morochata, Cochabamba, ha dejado a 21 personas fallecidas y 12 heridas. Hacemos llegar nuestras condolencias a las familias de las víctimas.
— Luis Alberto Arce Catacora (Lucho Arce) (@LuchoXBolivia) September 7, 2021