Bakı. 9 dekabr. REPORT.AZ/ Boliviyada ağır yol qəzası olub.
"Report" xəbər verir ki, bu barədə "El Andino" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Açakaçi və La-Pas şəhərləri arasındakı magistral yolda baş verib. İki mikroavtobusun toqquşması nəticəsində azı 17 nəfər həlak olub, habelə daha bir neçə nəfər yaralanıb. Ölənlər arasında 4 yaşlı uşaq da var. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis qəza ilə təhqiqat aparır.