Yuxarı

Boliviya Çiliyə qarşı ərazi iddiasını bir daha qabardacaq

Söhbət Boliviyanın Sakit okeana çıxışını təmin edən Antofaqasta rayonun 19 əsrdə itirilməsindən gedir

Bakı. 7 aprel. REPORT.AZ/ Boliviya prezindenti Evo Morales bəyan edib ki, 19 əsrdə yaşanan silahlı münaqişə nəticəsində Sakit okeana çıxışı itirən ölkəsi bununla barışmayacaq və öz əzəli torpaqlarını Çilidən geri tələb edəcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu həftə Panamada keçiriləcək Amerika Sammitində mövzunu bir daha gündəmə gətirəcəyini deyən E.Morales, 2014-cü ildə şəxsən Haaqaya səfər edərək qonşu Çili dövlətini məhkəməyə verdiyini xatırladıb.

Qeyd edək ki, söhbət silahlı münaqişə nəticəsində Boliviyanın Sakit okeana çıxışını təmin edən Antofaqasta rayonun itirilməsindən gedir. İndi Boliviya beynəlxalq məhkəmə vasitəsi ilə Sakit okeana çıxışını təmin etmək istəyir.

Boliviya prezidentinin təqdim etdiyi sənədlərin tərkibi konfidensial xarakter daşıyır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi