Boko Haram İŞİD-lə birləşir

Boko Haram İŞİD-lə birləşir Boko Haram silahlıları "İraq-Şam İslam Dövləti"-nə tabe olacaqlarına bildiriblər
Digər ölkələr
8 Mart , 2015 13:19
Boko Haram İŞİD-lə birləşir

Bakı. 8 mart. REPORT.AZ/ Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatı İraq və Suriyada aktiv olan radikal "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə birləşdiyini elan edib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, Boko Haram silahlılarının internetdə paylaşdıqları videoda terrorçular İŞİD-ə tabe olacaqlarına bildiriblər.

Videoda ərəb dilində səslənən bəyanatı Boko Haram-ın lideri Abubakar Shekaunun dəstəklədiyi deyilir.

Son xəbərlər

Orphus sistemi