Yuxarı
    Bağlamaq

    "Boeing" bu ildə 100-dən çox mühəndisi ixtisara salacaq

    Kütləvi işdən uzaqlaşdırma məhsul satışı artımının azalması ilə bağlıdır

    Bakı. 18 aprel. REPORT.AZ/ Aviasiya texnikası istehsalı üzrə ixtisaslaşan "Boeing" korporasiyası bu ildə yüzdən çox mühəndisi işdən uzaqlaşdırmaq niyyətindədir.

    Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

    Şirkətdən bildiriblər ki, məcburi ixtisarlarla bağlı ikinci mərhələyə yaxınlaşırlar və bu dəfə ixtisar dalğası 100-ə yaxın mühəndisə təsir göstərəcək.

    Həmçinin "Boeing" nümayəndələri kütləvi işdən uzaqlaşdırmanın məhsul satışı artımının azalması ilə bağlı olduğunu qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi