Ümumdünya Turizm Təşkilatı səyahət məhdudiyyətlərinə qarşı çıxıb

Ümumdünya Turizm Təşkilatı səyahət məhdudiyyətlərinə qarşı çıxıb Ümumdünya Turizm Təşkilatı (ÜTT) koronavirus pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərinin tətbiqini dəstəkləmir.
Digər ölkələr
8 Dekabr , 2021 05:06
Ümumdünya Turizm Təşkilatı səyahət məhdudiyyətlərinə qarşı çıxıb

Ümumdünya Turizm Təşkilatı (ÜTT) koronavirus pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərinin tətbiqini dəstəkləmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın yayılan məlumatında deyilir.

Qeyd olunur ki, təşkilat ümumi səyahət məhdudiyyətləri tətbiq etməməyə çağırır.

“Son hadisələr fonunda müxtəlif ölkələrə bir daha xatırladırıq ki, ümumi səyahət məhdudiyyətlərinin tətbiqi ayrı-seçkilik xarakteri daşıyır, səmərəsizdir və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə ziddir”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi