BMT: Ukraynada bir həftə ərzində azı 260 mülki şəxs həlak olub

BMT: Ukraynada bir həftə ərzində azı 260 mülki şəxs həlak olub 700-dəın artıq dinc sakin yaralanıb
Digər ölkələr
10 Fevral , 2015 02:38
BMT: Ukraynada bir həftə ərzində azı 260 mülki şəxs həlak olub

Bakı. 10 fevral. REPORT.AZ/ BMT-nin Humanitar Məsələlər üzrə Koodinatorunun hesablamalarına görə, Ukraynanın şərqində davam edən döyüşlərdə sadəcə bir həftə ərzində 263 mülki şəxs həlak olub.

"Report"un TASS agentliyinə istinadla verdiyi xəbərə görə, 31 yanvar-5 fevral tarixləri arasında baş verən qanlı döyüşlər zamanı həmçinin 700-dən çox dinc sakin yaralanıb.

Bildirilir ki, münaqişənin başladığı 2014-cü ilin aprel ayından 5 fevral tarixinə qədər Ukraynada ümumilikdə aralarında 59 uşağın da olduğu 5 min 486 insan öldürülüb.

Evlərini tərk edən əhalinin sayı isə 978 minə çatıb.

Son xəbərlər

Orphus sistemi