BMT: Üç illik quraqlıqdan sonra Afrika Buynuzu daşqınlarla üzləşə bilər

BMT: Üç illik quraqlıqdan sonra Afrika Buynuzu daşqınlarla üzləşə bilər Üç illik quraqlıqdan əziyyət çəkən Afrika Buynuzu bölgəsi oktyabr-dekabr aylarında güclü yağış və daşqınlarla üzləşə bilər.
Digər ölkələr
24 Avqust , 2023 05:51
BMT: Üç illik quraqlıqdan sonra Afrika Buynuzu daşqınlarla üzləşə bilər

Üç illik quraqlıqdan əziyyət çəkən Afrika Buynuzu bölgəsi oktyabr-dekabr aylarında güclü yağış və daşqınlarla üzləşə bilər.

“Report” xəbər verir ki, bu proqnozu BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) verib.

Qeyd olunub ki, daşqınlar yerli icmalara və yaşayış vasitələrinə mənfi təsir göstərəcək. Belə ki, yağışlı mövsümdə, oktyabrdan dekabr ayına qədər, meteoroloqlar güclü yağış ehtimalının adi haldan daha çox olacağını proqnozlaşdırırlar.

Vurğulanıb ki, Efiopiyanın cənubunda, Keniyanın şərqində və Somalinin cənubunda 80% ehtimalla daha güclü yağışlar gözlənilir. Bununla belə, Uqandanın cənub-qərbində və Cənubi Sudanın cənub-qərbində təcrid olunmuş ərazilərdə şəraitin həmişəkindən daha quru olacağı ehtimalı var.

Təşkilat region ölkələrinə 2015-2016-cı illərdə olduğu kimi yağışların torpaq sürüşməsinə və binaların dağılmasına səbəb olacağı halda insanların həyatını və dolanışıq vasitələrini xilas etmək üçün bütün lazımi tədbirləri görməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi