BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdə humanitar atəşkəsə çağırış edən qətnamə qəbul edilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, Maltanın BMT-dəki daimi nümayəndəliyinin çağırışı ilə toplanan TŞ Qəzzaya humanitar yardımın çatdırılması üçün 3 və ya 5 gün müddətində nəzərdə tutan atəşkəs tələb edib.
Şuraya 15 üzv ölkədən 12-i qətnaməyə dəstəyini verib, Rusiya, Böyük Britaniya və Birləşmiş Ştatlar səsvermədə tərəfsiz qalıb.
Beşinci dəfə səsverməyə çıxarılan qətnamə səs çoxluğu ilə qəbul olunub. Humanitar fasilədə Qırmızı Xaç və BMT vasitəsi ilə bölgəyə su, yanacaq, qida və tibbi ləvazimatların keçişi təmin olunacaq. Atəşkəsin müddətinin müəyyən olunması üçün müzakirələr davam edir.
Qeyd edək ki, HƏMAS birləşmələri bazar ertəsi Qətər vasitəçilərinə bildirib ki, beş günlük atəşkəs müqabilində Qəzzada saxlanılan 70-ə qədər qadın və uşağı azad etməyə hazırdır.

