Noyabrın 29-da Fələstin-İsrail münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fidan Nyu-Yorkdakı görüş çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının sammitinin yekunları üzrə yaradılmış Qəzzada nizamlanma üzrə nazirlər qrupunun nümayəndələri - həmkarları ilə bir sıra görüşlər keçirəcək.