​BMT TŞ İŞİD-in Palmiranı ələ keçirməsini terrorla eyniləşdirib

​BMT TŞ İŞİD-in Palmiranı ələ keçirməsini terrorla eyniləşdirib Şura dinc sakinlərinin həyatı üçün əsas məsuliyyəti Bəşşar Əsəd hakimiyyətinin daşıdığını qeyd edib
Digər ölkələr
23 May , 2015 10:01
​BMT TŞ İŞİD-in Palmiranı ələ keçirməsini terrorla eyniləşdirib

Bakı. 23 may. REPORT.AZ/ Suriyanın Palmira şəhərinin İŞİD silahlıları tərəfindən ələ keçirilməsi terror aksiyasına bərabərdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının (TŞ) bəyanatında bildirilib.

"Təhlükəsizlik Şurasının üzvləri İŞİD silahlılarının Suriyada törətdiklər vəhşilikləri, o cümlədən Palmiranı ələ keçirməsini hiddətlə qınayırlar", - bəyanatda vurğulanıb.

BMT TŞ dinc əhalinin döyüş bölgələrindən çıxmasına şərait yaradılmasının vacibliyini vurğulayıb, onların həyatı üçün əsas məsuliyyəti Bəşşar Əsəd hakimiyyətinin daşıdığını qeyd edib.

Xatırladaq ki, Suriyanın bu şəhəri YUNESKO-nun mədəni irs siyahısındadır.

Son xəbərlər

Orphus sistemi