BMT TŞ-də sədrlik Mozambikə keçib

BMT TŞ-də sədrlik Mozambikə keçib BMT Təhlükəsizlik Şurasına sədrlik martın 1-dən Maltadan Mozambik Respublikasına keçib.
Digər ölkələr
2 Mart , 2023 00:43
BMT TŞ-də sədrlik Mozambikə keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik martın 1-dən Maltadan Mozambik Respublikasına keçib.

“Report”un ABŞ bürosu xəbər verir ki, bununla da Mozambik tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Mozambik Respublikasının BMT-dəki daimi nümayəndəsi Pedro Komissario Afonso BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib.

Səfir bildirib ki, mart ayında Təhlükəsizlik Şurasında keçiriləcək debat müzakirələrində BMT ilə regional əməkdaşlığı gücləndirməklə terrorçuluğa qarşı mübarizə və buna şərait yaradan ekstremistlərin qarşısının alınmasına yönəlik terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə təhdidləri yer alacaq: “Bu ayın sonuna kimi beynəlxalq sülh və təhlükəsizlik sektoru ilə bağlı islahatın aparılması və bu BMT-nin təhlükəsizlik sektorunda islahatı üzrə hərtərəfli yanaşmasını gücləndirmək üçün fəaliyyətlərimiz olacaq”.

Səfir ay ərzində Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı hərbi müdaxiləsi ilə bağlı müzakirələrə də yer veriləcəyəni deyib: “Mozambikin bu müharibədən necə təsirləndiyi barədə çox açıq bəyanatlar vermişəm. Biz bu müharibənin ən çox təsirlənən ölkələrdən biriyik. Dünyada enerji və qida qiymətlərinin çox sürətlə artımı bizim ölkəmizdə də öz təsirini göstərib. Bizim baş verənlərlə bağlı mövqeyimiz Konstitusiyamızda təsbit olunmuş prinsipial mövqedir. Mozambik qanuni özünümüdafiə halında sülhün qorunmasına öz prioriteti hesab edir. Bölgədə sülhün təmin olunması vacibdir”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında sədrlik onun daimi və müvəqqəti üzvləri arasında əlifba sırası ilə dəyişir. Hər ölkə bu vəzifəni 1 aylıq müddətə tutur. 15 dövlətin üzv olduğu BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Çin, Rusiya, İngiltərə və Fransadır. Qalan 10 üzv ölkə BMT Baş Assambleyasında BMT-nin 5 coğrafi qrupu arasından 2 il müddətinə seçilir. BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün 193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçkidə ümumi səslərin üçdə ikisini toplamaq lazımdır. Müvəqqəti üzvlərdən 5-i hər il yenilənir. Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə 2023-cü il yanvarın 1-dən 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi