BMT avqustun 30-da Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

BMT avqustun 30-da Əfqanıstandakı vəziyyəti müzakirə edəcək BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyətlə bağlı iclas keçirəcək.
Digər ölkələr
30 Avqust , 2021 18:09
BMT avqustun 30-da Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstandakı vəziyyətlə bağlı iclas keçirəcək.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin paylaşdığı işlər qrafikində qeyd olunub.

İclas avqustun 30-u Bakı vaxtı ilə 23:00-a təyin olunub.

Daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş BMT TŞ-nin daimi üzvləri olan ölkələrin nümayəndələri ilə Əfqanıstandakı vəziyyəti müzakirə etmək planlarını açıqlamışdı. Fransa Prezidenti Emmanuel Makron da məsələ ilə bağlı BMT TŞ-nin iclasının keçirilmə planlarının olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi