BMT Təhlükəsizlik Şurasının 2020-2021-ci illər üçün qeyri-daimi üzvləri seçilib

BMT Təhlükəsizlik Şurasının 2020-2021-ci illər üçün qeyri-daimi üzvləri seçilib BMT Baş Assambleyasının hazırda keçirilən 73-cü sessiyasında 2020-2021-ci illər üçün Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə Niger, Sent Vinsent və Qrenadi, Tunis, Vyetnam və Estoniya seçilib.
Digər ölkələr
7 İyun , 2019 21:01
BMT Təhlükəsizlik Şurasının 2020-2021-ci illər üçün qeyri-daimi üzvləri seçilib

BMT Baş Assambleyasının hazırda keçirilən 73-cü sessiyasında 2020-2021-ci illər üçün Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə Niger, Sent Vinsent və Qrenadi, Tunis, Vyetnam və Estoniya seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sessiyanın sədri, Ekvador təmsilçisi Maria Fernanda Espinosa Qarsesi açıqlama verib.

Qeyd edək ki, TŞ-nin qeyri-daimi üzvlüyünə Avropa təmsilçisinin seçilməsi üçün ikinci tur keçirmək lazım gəlib. Belə ki, birinci turda Estoniya 111, Rumıniya 78 səs toplayaraq səslərin üçdə ikisi, yəni 129 səs həddinə çata bilməmişdilər. İkinci turda isə 132 səs lehinə verilən Estoniya ilk dəfə BMT TŞ-nin müvəqqəti üzvlüyünə seçilib.

Son xəbərlər

Orphus sistemi