BMT Təhlükəsizlik Şurasına İranın raket buraxılışlarını nəzərdən keçirmək təklif edilib

BMT Təhlükəsizlik Şurasına İranın raket buraxılışlarını nəzərdən keçirmək təklif edilib ABŞ, Böyük Britaniya, Fransa və Almaniya TŞ-dən yenidən bu məsələyə diqqət ayırmağı istəyib
Digər ölkələr
30 Mart , 2016 09:05
BMT Təhlükəsizlik Şurasına İranın raket buraxılışlarını nəzərdən keçirmək təklif edilib

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ, Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasına yenidən İranın ballistik raket buraxılışlarını nəzərdən keçirməyi və cavab tədbirlərinin müzakirə edilməsini təklif edilib. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü və Almaniyanın qiymətləndirməsinə görə, rəsmi Tehranın hərəkətləri bu ölkənin nüvə proqramına yardım üzrə qəbul edilmiş sazişlə, 2231 saylı qətnaməylə ziddiyyət təşkil edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq birgə məktub dünən İran üzrə Təhlükəsizlik Şurasının Sanksiyalar Komitəsinin sədri, İspaniyanın daimi nümayəndəsi Roman Marçesiyə və BMT baş katibi Pan Gi Muna göndərilib.

Qeyd edək ki, hələlik İranın qətnamə şərtlərini pozması məsələsi üzrə Təhlükəsizlik Şurasının çağırılması qərarı verilməyib.

Son xəbərlər

Orphus sistemi