BMT Təhlükəsizlik Şurası Çin və Rusiyaya görə Myanmadakı çevrilişi pisləyə bilmədi

BMT Təhlükəsizlik Şurası Çin və Rusiyaya görə Myanmadakı çevrilişi pisləyə bilmədi Ötən gün BMT Təhlükəsizlik Şurasının 15 ölkəsi Myanmadakı hadisələri müzakirə etmək üçün toplansa da, bununla bağlı qətnamə qəbul edə bilməyib
Digər ölkələr
3 Fevral , 2021 17:51
BMT Təhlükəsizlik Şurası Çin və Rusiyaya görə Myanmadakı çevrilişi pisləyə bilmədi

Ötən gün BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkə Myanmadakı hadisələri müzakirə etmək üçün toplansa da, bununla bağlı qətnamə qəbul etmək mümkün olmayıb.

“Report” “Politico”ya istinadən xəbər verir ki, qətnamə özündə “hərbi çevrilişin pislənməsi” və “qeyri-qanuni saxlanılanların dərhal azadlığa buraxılması”nı ehtiva edib.

Bildirilib ki, Çin və Rusiya BMT-nin Myanmadakı hərbi çevrilişin pislənməsi qətnaməsini qəbul edilməsinə mane olub. Belə ki, “Associated Press”in məlumatına görə, Moskva və Pekin nümayəndələri qətnamənin lehinə səs vermək üçün öz ölkə rəhbərliklərindən müvafiq icazə almağın lazım olacağını deyiblər.

“Çin və Rusiya əlavə vaxt istəyib”, - diplomatik mənbə “France-Presse” agentliyinə bildirilib.

Qeyd edək ki, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qətnamənin qəbulunun ertələnməsinə nail ola və ya sənədə veto qoya bilərlər.

Son xəbərlər

Orphus sistemi