BMT “taliblər”in son hərəkətlərindən narahatdır

BMT “taliblər”in son hərəkətlərindən narahatdır Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının son hərəkətləri narahatlığa səbəb olur.
Digər ölkələr
18 Sentyabr , 2021 07:19
BMT “taliblər”in son hərəkətlərindən narahatdır

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının son hərəkətləri narahatlığa səbəb olur.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanda yaranmış vəziyyətlə bağlı xəbərləri şərh edən BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

"Taliban"la əlaqələri davam etdiririk, amma bu yaxınlarda baş verən bəzi hadisələr bizi narahat olmağa məcbur edir. Lakin qadın hüquqlarının müdafiəsi üzrə dialoqu davam etdiririk", - o deyib.

Dujarrik qeyd edib ki, bu nazirliyin həqiqətən qadınların işləri üzrə nazirliyin əvəzedicisi kimi yaradıldığını hələ təsdiq edə bilmir, amma informasiyanı Əfqanıstanın daxilindəki həmkarları ilə dəqiqləşdirməyə söz verib.

Son xəbərlər

Orphus sistemi