​BMT: Sutka ərzində 5 mindən çox miqrant Yunanıstan vasitəsilə Makedoniyaya gəlib

​BMT: Sutka ərzində 5 mindən çox miqrant Yunanıstan vasitəsilə Makedoniyaya gəlib Miqrant axını təxminən iki dəfə artıb
Digər ölkələr
4 Sentyabr , 2015 16:36
​BMT: Sutka ərzində 5 mindən çox miqrant Yunanıstan vasitəsilə Makedoniyaya gəlib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sutka ərzində 5 mindən çox miqrant Yunanıstan vasitəsilə Makedoniya ərazisinə keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından (UNHCR) bildirilib.

"Ötən gün təxminən 5600 miqrant Yunanıstan ərazisindən Makedoniyaya keçib", - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Melissa Fleming deyib.

O, miqrant axınının təxminən iki dəfə artdığını qeyd edib və əvvəllər sərhədi gün ərzində 2-3 min adamın keçdiyini bildirib.

Bir qədər əvvəl sözügedən qurumun başçısı Antonio Quttereş AB ölkələrini II Dünya müharibəsindən sonra Avropaya olan ən kütləvi qaçqın axını fonunda 200 min miqrantı öz ölkələrində yerləşdirməyə çağırıb.  

Son xəbərlər

Orphus sistemi