Yuxarı
    Bağlamaq

    BMT: Suriyaya humanitar yardım üçün 3.2 milyard dollara ehtiyac var

    Əhalinin 72% içməli su ilə bağlı problem yaşayır. İki milyon uşaq məktəbə gedmir

    Bakı. 15 dekabr. REPORT.AZ/ "Təkcə 2016-cı ildə Suriyaya humanitar yardımın təşkili üçün 3.2 milyard dollar vəsait toplanmalıdır. Çünkü 13.5 milyon suriyalı kömək gözləyir".

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O`Brayen deyib.

    O, qeyd edib ki, hazırda 6.5 milyon Suriya sakini evlərini tərk edərək ölkə daxilində müxtəlif regionlara köçüb.

    "Əhalinin 72% içməli su ilə bağlı problem yaşayır. İki milyon uşaq məktəbə gedmir", - deyən Stiven O`Brayen, fevralın 4-də Londonda keçiriləcək Beynəlxalq Suriya Konfransı çərçivəsində donor dövlətlərdən və təşkilatlardan ciddi dəstək gözlədiklərini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi