BMT: Suriyadan olan miqrant və qaçqınların sayı 5 milyon nəfəri keçib

BMT: Suriyadan olan miqrant və qaçqınların sayı 5 milyon nəfəri keçib Bu il təqribən 1,2 milyon qaçqın köçürülməyə ehtiyac duyacaq
Digər ölkələr
30 Mart , 2017 15:27
BMT: Suriyadan olan miqrant və qaçqınların sayı 5 milyon nəfəri keçib
Reuters

Bakı. 30 mart. REPORT.AZ/ Suriyada münaqişənin başlamasından ötən altı il ərzində miqrant və qaçqınların sayı ilk dəfə 5 milyon nəfəri keçib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyindən bildirilib.

Agentliyin məlumatına görə, xarici ölkələrin gələn bütün qaçqınların 2018-ci ilə qədər 10%-nin yerləşdirilməsi ilə bağlı qərar qəbul etdiyi konfransdan bir il sonra 500 min nəfərdən yalnız 250 mini yerləşdirilib.

BMT agentliyi bu il təqribən 1,2 milyon qaçqının köçürülməyə ehtiyac duyacağını, onlardan 40%-nin suriyalı olacağını hesab edir.

Son xəbərlər

Orphus sistemi