Yuxarı

BMT Suriyanın İŞİD-in mühasirəsində olan şəhərinə 20 ton ərzaq göndərib

Ərzaqla dolu 26 qutu sakinlərə hava yolu ilə çatdırılıb

Bakı. 10 aprel. REPORT.AZ/ BMT-nin "Ümumdünya ərzaq proqramı" (ÜƏP) 20 ton ərzağı təyyarə vasitəsilə Suriyanın şimal-şərqində yerləşən Deyr-ez-Zor şəhərinin sakinlərinə çatdırıb.

"Report" xəbər verir ki, bu barədə ÜƏP-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ərzaqla dolu 26 qutu sakinlərə hava yolu ilə çatdırılıb.

2014-cü ilin martından İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən mühasirəyə alınmış Deyr-ez-Zor şəhəri 200 mindən çox mülki sakin yaşayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi