BMT Suriyada hərbi cinayətlərin istintaqı üçün qərargah yaradır

BMT Suriyada hərbi cinayətlərin istintaqı üçün qərargah yaradır Baş Assambleyanın 105 üzv dövləti qətnamənin lehinə səs verib
Digər ölkələr
22 Dekabr , 2016 09:36
BMT Suriyada hərbi cinayətlərin istintaqı üçün qərargah yaradır

Bakı. 22 dekabr. REPORT.AZ/ BMT Baş Assambleyası Suriyada beynəlxalq hüququn ən ciddi pozuntularını, o cümlədən mümkün hərbi cinayətləri və insanlığa qarşı cinayətlərin sənədləşdirilməsinə yardım edəcək xüsusi orqan yaradılmasının lehinə səs verib.

"Report" BMT-nin xəbərlər mərkəzinə istinadən məlumat verir ki, Baş Assambleyanın 105 üzv dövləti qətnamənin lehinə səs verib. Tərkibində Rusiya, Suriya, İran, Çin, Kuba və Venesuelanın da olduğu 15 dövlət isə qətnamənin əleyhinə səs verib. 52 ölkənin nümayəndələri bitərəf qalıblar.

Sənəd BMT-nin himayəsi altında fəaliyyət göstərəcək beynəlxalq müstəqil və qərəzsiz mexanizmə əsaslanır. Bu mexanizm beynəlxalq humanitar hüquq pozuntuları və insan hüquqlarının pozulması barədə məlumatları toplayacaq, ümumiləşdirəcək, qoruyacaq və təhlil edəcək, həmçinin ədalətli və müstəqil cinayət prosedurlarını asanlaşdırmaq və tezləşdirmək üçün sənədlər hazırlayacaq.

Qətnamənin müəllifləri qismində Lixtenşteyn və Qətər nümayəndələri çıxış edib.

Son xəbərlər

Orphus sistemi