BMT: Son iki gündə Qərbi Mosuldan 13 minə yaxın insan qaçıb

BMT: Son iki gündə Qərbi Mosuldan 13 minə yaxın insan qaçıb Əməliyyatların başladığı 19 fevraldan bu günə kimi təxminən 16,5 min nəfər Qərbi Mosulu tərk edib
Digər ölkələr
1 Mart , 2017 04:31
BMT: Son iki gündə Qərbi Mosuldan 13 minə yaxın insan qaçıb

Bakı. 1 mart. REPORT.AZ/ BMT İraq hökumət qoşunlarının terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyat apardığı Qərbi Mosuldan olan qaçqınların sayının kəskin artdığını bəyan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlərə təkcə son iki gündə şəhərin qərb rayonlarını təxminən 13 min nəfərin tərk etdiyini bildirib.

"Hərbi əməliyyat Qərbi Mosulun əhalisi sıx olan rayonlarına çatdıqdan sonra şəhəri tərk edən dinc sakinlərin sayı kəskin şəkildə artıb. Əməliyyatların başladığı 19 fevraldan bu günə kimi təxminən 16,5 min nəfər Qərbi Mosul tərk edib. Bu rəqəm son iki gündə 12,7 min nəfər olub", - deyə o bildirib.

Dyujarrikin sözlərinə görə, BMT yaxın vaxtlarda məcburi köçkünlərin sayının xeyli artacağından ehtiyat edir. Artıq ümumdünya təşkilatı Mosuldan olan yeni qaçqınlar barədə məlumatı araşdırır.

Son xəbərlər

Orphus sistemi