Yuxarı
    Bağlamaq

    ​BMT: Son 3 ayda Əfqanıstanda 655 dinc sakin öldürülüb

    Hesabatda bildirilib ki, cari ilin son üç ayında Əfqanıstanda mindən çox dinc sakin xəsarət alıb

    Bakı. 13 aprel. REPORT.AZ/ 2015-ci ilin əvvəlindən Əfqanıstanda 655 dinc sakin öldürülüb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda BMT-nin hesabatında bildirilib.

    Məlumata görə, dinc sakinlərin öldürülməsində daha çox məsuliyyət "Taliban" hərəkatının üzərinə düşür.

    Hesabatda bildirilib ki, cari ilin son üç ayında Əfqanıstanda 1000-dən çox dinc sakin xəsarət alıb.

    BMT-nin Əfqanıstandakı yardımlar üzrə direktoru Corcetta Qanonun sözlərinə görə, davam edən münaqişə nəticəsində ötən illə müqayisədə ən çox uşaqlar və qadınlar yaralanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi