BMT: Son 2 gündə Suriyada 100-dən çox insan öldürülüb

BMT: Son 2 gündə Suriyada 100-dən çox insan öldürülüb Bakı. 21 fevral. REPORT.AZ/ BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik təşkilata son 2 gündə Dəməşq ətrafındakı Şərqi Qutada baş verən atışmalar zamanı 100-dən çox insanın ölümü barədə məlumatın daxil olduğunu bildirib.
Digər ölkələr
21 Fevral , 2018 05:56
BMT: Son 2 gündə Suriyada 100-dən çox insan öldürülüb

Bakı. 21 fevral. REPORT.AZ/ BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik təşkilata son 2 gündə Dəməşq ətrafındakı Şərqi Qutada baş verən atışmalar zamanı 100-dən çox insanın ölümü barədə məlumatın daxil olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. 

"Bazar ertəsindən Şərqi Qutada 100-dən çox insanın həlak olması barədə məlumat daxil olub. Onlar arasında azı 13 uşaq var. Şərqi Qutanın 5 xəstəxanası və ya tibb məntəqəsi hava zərbələrinə məruz qalıb", - deyə Dyujarrikin bəyanatında bildirilir .

BMT-nin məlumatına görə, mühasirəyə alınmış ərazıdə 400 minə yaxın insan var. Təşkilatda qeyd ediblər ki, Şərqi Quta deeskalasiya zonasıdır. 

Son xəbərlər

Orphus sistemi