BMT Şimali Koreyanın raket buraxmasından narahatdır

BMT Şimali Koreyanın raket buraxmasından narahatdır BMT KXDR -in raket buraxılışlarından narahatdır və bu ölkənin rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün səyləri bərpa etməyə çağırıb.
Digər ölkələr
19 Oktyabr , 2021 22:47
BMT Şimali Koreyanın raket buraxmasından narahatdır
0 : 00
0 : 00

BMT Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket buraxılışlarından narahatdır və bu ölkənin rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün səyləri bərpa etməyə çağırıb.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini Fərhan Xak keçirdiyi brifinqdə deyib.

"Dənizdən ballistik raketin atılması faktı da daxil olmaqla, KXDR-dən raket buraxılışı ilə bağlı son xəbərlər bizi narahat edir. KXDR rəhbərliyini dərhal Koreya yarımadasının nüvəsizləşdirilməsi və davamlı sülhün təmin edilməsi istiqamətində diplomatik səylərə başlamağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırırıq", - təşkilat nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi