Yuxarı

​BMT-nin silah satışına dair ilk tarixi müqaviləsi qüvvəyə minib

Sənəd BMT Baş Assambleyasında dünyanın 130 ölkəsi tərəfindən imzalanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gündən etibarən silah ticarətini nizama salacaq beynəlxalq müqavilə qüvvəyə minib.

"Report" xəbər verir ki, sənəd 2013-cü ildə BMT Baş Assambleyasında dünyanın 130 ölkəsi tərəfindən imzalanıb.

Müqavilə tərəfdarları əmindirlər ki, indi silah satışı daha şəffaf olacaq və silahın cinayətkarlar tərəfindən tədarükünün qarşısını ala biləcək.

Müqavilə 130 ölkə tərəfindən imzalansa da, hazırda onu yalnız 62 ölkə təsdiq edib.

Müqavilənin əleyhinə üç ölkə - Suriya, Şimali Koreya və İran çıxış edib. Rusiya da daxil olmaqla 23 dövlət bitərəf qalıb.

Ekspertlərin qiymətləndirməsinə görə, qlobal silah bazarında illik rəsmi dövriyyə təqribən 85 milyard dollar təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi