BMT sədri: “G20 sammiti iqlim dəyişikliyinə qarşı mübarizə ümidlərini doğrultmadı”
BMT sədri: “G20 sammiti iqlim dəyişikliyinə qarşı mübarizə ümidlərini doğrultmadı”“Romada keçirilən G20 sammiti iqlim dəyişikliyi ilə mübarizə baxımından ümidləri doğrultmadı, lakin ümid tam itməyib”.
“Romada keçirilən G20 sammiti iqlim dəyişikliyi ilə mübarizə baxımından ümidləri doğrultmadı, lakin ümid tam itməyib”.
“Report” xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş sosial şəbəkədə yazıb.
“Mən G20-nin qlobal qərarların tapılmasına dair yenilənmiş öhdəliyini alqışlasam da, Romadan puç ümidlərlə ayrılıram. Amma onlar heç olmasa məhv olmadı”, - BMT rəhbəri özünün tviterdəki hesabında yazıb.
"Qarşıda insanlar və planet üçün maliyyə və uyğunlaşma vədlərini yerinə yetirmək üçün 1,5 dərəcə selsi hədəfi saxlamaq (qlobal istiləşmə sürətini ildə 1,5 dərəcə selsi səviyyəsində saxlamaq - red.) üçün Qlazqoda COP26 konfransı var", - o qeyd edib.
While I welcome the #G20's recommitment to global solutions, I leave Rome with my hopes unfulfilled — but at least they are not buried. Onwards to #COP26 in Glasgow to keep the goal of 1.5 degrees alive and to implement promises on finance and adaptation for people & planet. pic.twitter.com/c1nhIDbA8m