BMT Rusiya-ABŞ arasındakı təhlükəsizlik danışıqlarını alqışlayıb

BMT Rusiya-ABŞ arasındakı təhlükəsizlik danışıqlarını alqışlayıb BMT hələ də Rusiya və ABŞ nümayəndələri arasında Cenevrədə aparılan danışıqların nəticələrini öyrənir, lakin belə bir müzakirənin yüksək səviyyədə aparılması faktını alqışlayır.
Digər ölkələr
10 Yanvar , 2022 22:37
BMT Rusiya-ABŞ arasındakı təhlükəsizlik danışıqlarını alqışlayıb
0 : 00
0 : 00

BMT hələ də Rusiya və ABŞ nümayəndələri arasında Cenevrədə aparılan danışıqların nəticələrini öyrənir, lakin belə bir müzakirənin yüksək səviyyədə aparılması faktını alqışlayır.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

"Biz nə qərar verildiyini araşdırırıq. Həmişə yüksək səviyyəli dialoqu alqışlayırıq, xüsusən də BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü arasında", - o əlavə edib.

Qeyd edək ki, bu gün Cenevrədə təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika məsləhətləşmələri başa çatıb.

Son xəbərlər

Orphus sistemi