BMT rəsmisi: "Suriyada atəşkəs elan olunmasına görə ABŞ və Rusiya məsuliyyət daşıyır"

BMT rəsmisi: "Suriyada atəşkəs elan olunmasına görə ABŞ və Rusiya məsuliyyət daşıyır" Baş katibin müavini: "ABŞ və Rusiya arasında dialoqun davam etdiriləcəyinə və bu dəhşətli münaqişəyə son qoyacağına ümid edirəm"
Digər ölkələr
15 Noyabr , 2016 14:28
BMT rəsmisi: Suriyada atəşkəs elan olunmasına görə ABŞ və Rusiya məsuliyyət daşıyır

Bakı. 15 noyabr. REPORT.AZ/ "Suriyada atəşkəs elan olunmasına görə ABŞ və Rusiya məsuliyyət daşıyır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu BMT baş katibinin müavini Yan Eliasson deyib.

"BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Dəstək Qrupunda müzakirə olunan razılaşmaların həyata keçirilməsi üçün həm ABŞ, həm də Rusiya ciddi məsuliyyət daşıyır. ABŞ və Rusiya arasında dialoqun davam etdiriləcəyinə və bu dəhşətli münaqişəyə son qoyacağına ümidvaram", - deyə Y.Eliasson "Sputnik"bagentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zərər çəkən əhaliyə yardım göstərilməsi imkanı elə də çox olmayacaq, amma xəstələrin təxliyə edilməsi, orada tibbi personalın təmin olunması, eləcə də suriyalıları qida və digər zəruri mallarla təmin etmək həyati əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi