BMT Qəddafinin oğlunun məhkəmə prosesindən narahatdır

BMT Qəddafinin oğlunun məhkəmə prosesindən narahatdır BMT numayəndələri bildiriblər ki, məhkəmə prosesi ciddi pozuntularla müşahidə olunub və beynəlxalq standartlara cavab vermir
Digər ölkələr
29 İyul , 2015 04:47
BMT Qəddafinin oğlunun məhkəmə prosesindən narahatdır

Bakı. 29 iyul. REPORT.AZ/ Liviyada 2011-ci il inqilabı zamanı baş vermiş hərbi cinayətlərlə bağlı sabiq dövlət başçısı Muammər Qəddafinin oğlu Saif əl-İslamın və daha 7 nəfərin ölüm cəzasına məhkum edilməsi BMT-nin "dərin narahatlığına" səbəb olub.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, BMT numayəndələri bildiriblər ki, polkovnik Qəddafinin oğlu ilə bağlı məhkəmə prosesi ciddi pozuntularla müşahidə olunub və beynəlxalq standartlara cavab vermir.

Seyf əl-İslam hazırda Tripolidəki hökumətə tabe olmaqdan imtina edən silahlı qüvvələrin nəzarəti altındakı Zintan şəhərindəki həbsxanadadır. 

Son xəbərlər

Orphus sistemi