​BMT QAK suriyalı qaçqınlara ərzaq yardımı proqramına təcili dəstək verilməsinə çağırır

​BMT QAK suriyalı qaçqınlara ərzaq yardımı proqramına təcili dəstək verilməsinə çağırır Komissar: "İndi Ümumdünya Ərzaq Proqramına dəstək verin, qaçqınları ac qalmağa qoymayın"
Digər ölkələr
2 Dekabr , 2014 16:16
​BMT QAK suriyalı qaçqınlara ərzaq yardımı proqramına təcili dəstək verilməsinə çağırır

Bakı. 2 dekabr. REPORT.AZ/ BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir müddət öncə maliyyə böhranı səbəbindən 1,7 milyondan artıq suriyalı qaçqına ərzaq yardımını dayandırmaq məcburiyyətində qaldığını elan etmiş Ümumdünya Ərzaq Proqramına təcili beynəlxalq dəstək verilməsinə çağırıb.

"Bu çətin dövrdə bunu etmək mümkün olmadı", - BMT-nin qaçqınlar üzrə ali komissarı bildirib. "Qış artıq suriyalı qaçqınların həyatında son dərəcə çətin dövrdür, amma bu mühüm məqamda ərzaq yardımının dayandırılması vəziyyəti daha da pisləşdirəcək. Bu, ən əlverişsiz durumda olan və demək olar bütünlüklə beynəlxalq yardımdan asılı vəziyyətdə olan on minlərlə qaçqın ailəsinə təsir göstərəcək. Mən təcili olaraq beynəlxalq birliyə müraciət edirəm: indi Ümumdünya Ərzaq Proqramına dəstək verin, qaçqınları ac qalmağa qoymayın".

Bir müddət öncə Romada Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Eterin Kazn (Ertharin Cousin) demişdi ki, kommisarlığın Suriyadakı fövqəladə əməliyyatları üçün təcili maliyyə vəsaitinə ehtiyac var, o cümlədən müharibənin yaralar vurduğu xalqın qonşuluğunda olan və qaçqınları qəbul edən ölkələrdə dekabrda təkcə qaçqınlara ərzaq yardımı üçün 64 milyon ABŞ dolları tələb olunur. 2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri Ümumdünya Ərzaq Proqramı Livan, İordaniya, Türkiyə, İraq və Misirdə 1,8 milyona qədər qaçqının ərzaq ehtiyaclarını ödəyib.

Ümumdünya Ərzaq Proqramı bildirib ki, yeni maliyyə vəsaitləri daxil olarsa, o, suriyalı qaçqınlara yardım göstərmək işini dərhal bərpa edəcək ki, bu da onların elektron vauçer sistemi vasitəsilə yerli dükanlarda ərzaq almalarına imkan yaradacaq.

Ərzaq yardımının dayandırılmasının xüsusilə Livan üçün ağır nəticələri ola bilər, orada 1,1 milyondan artıq (ölkənin bütün əhalisinin dörddə biri qədər) suriyalı qaçqın var ki, onlar təxminən 1700 icma ərazisi üzrə müvəqqəti məskunlaşıb. Rəsmi qaydada salınmış çadırlar yoxdur və qaçqınların çoxu kustar üsulla düzəldilmiş məskənlərdə, çardaqlarda, qarajlarda və yarımçıq binalarda yaşayırlar.

Ərzaq yardımına görə Ümumdünya Ərzaq Proqramı cavabdehlik daşısa da, hazırda BMT QAK Livanda təxminən 132.000 qaçqın ailəsinin (660.000 nəfərin) qış mövsümündən sağ çıxması üçün onlara yardım göstərməyə yönələn 56 milyon dollarlıq qışa hazırlıq əməliyyatını həyata keçirir. Yardıma bunlar daxildir: əlverişsiz havadan qorunmaq üçün sığınacaq dəstlərinin, sobaların, ədyalların, qışda ailələrin isti və quru şəraitdə qalması üçün yanacaq və digər əşyalar almaqdan ötrü nağd vauçerlərin paylanması. BMT QAK suriyalı qaçqınların qışdan salamat çıxmasına yardım göstərmək üçün regiona 103 milyon dollar vəsait qoyub.

Son xəbərlər

Orphus sistemi