BMT-nin Qaçqınlar üzrə Ali Komissarının köməkçisi: Dünya beynəlxalq hüquqa qayıtmalıdır

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının köməkçisi: Dünya beynəlxalq hüquqa qayıtmalıdır Dünyada demək olar ki, sülh yoxdur.
Digər ölkələr
14 Mart , 2024 18:03
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının köməkçisi: Dünya beynəlxalq hüquqa qayıtmalıdır

Dünyada demək olar ki, sülh yoxdur.

“Report” xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruven Menikdivela “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun lll panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dünyada 100 milyondan çox qaçqın var:

“Hər 10 gündən bir təbii fəlakətlər baş verir. Hazırda dünyada 55 münaqişə var. Sülh demək olar ki, dağılıb. Bütün bunlar humanitar yardımların dayanmasına səbəb olub”.

BMT rəsmisi vurğulayıb ki, artıq dünya beynəlxalq hüquqa qayıtmalıdır və humanitar qanunvericilik formalaşdırılmalıdır.

Son xəbərlər

Orphus sistemi