Yuxarı
    Bağlamaq

    ​BMT Pakistanı ölüm hökmünə yenidən moratorium tətbiq etməyə çağırıb

    Pan Gi Mun Pakistanı məhbusların edamına son qoymağa çağırıb

    Bakı. 27 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Pakistanı məhbusların edamına son qoymağa və ali cəza tədbirinə yenidən moratorium tətbiq etməyə çağırıb.

    "Report" xəbər verir ki, Pakistanda moratorium ötən həftə, "Taliban" terrorçularının Peşavər məktəbində 132 şagirdi və 9 müəllimi qətlə yetirmələrindən sonra ləğv olunub.

    BMT nümayəndəsinin məlumatına görə, Pan Gi Mun ölkənin baş naziri Navaz Şərif ilə söhbəti zamanı qərara yenidən baxmağı xahiş edib.

    Qeyd edək ki, dekabrın 19-dan altı nəfər edam olunub. Yaxın həftələrdə daha 500 dustağın edam olunacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi