​BMT: "Oktyabrda Hələb, Həma və İdlib vilayətlərində 120 min suriyalı öz evini tərk edib"

​BMT: "Oktyabrda Hələb, Həma və İdlib vilayətlərində 120 min suriyalı öz evini tərk edib" Onlar, əsasən vilayət daxilinə köç ediblər
Digər ölkələr
27 Oktyabr , 2015 00:53
​BMT: Oktyabrda Hələb, Həma və İdlib vilayətlərində 120 min suriyalı öz evini tərk edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Oktyabr ayı ərzində Suriyada gedən döyüşlər səbəbindən Hələb, Həma və İdlib vilayətlərində ən azı 120 min nəfər öz evini tərk edib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat verib.

"Oktyabrın əvvəlindən ən azı 120 min nəfər Suriyada davam edən döyüşlər səbəbindən Hələb, Həma və İdlib vilayətlərindəki evlərini tərk edib. İnsanlar, əsasən vilayət daxilinə köç ediblər və şəhər və kəndlər yaxınlığında məskunlaşıblar. Eyni zamanda onların bir qismi Türkiyə ilə sərhəddə yerləşən düşərgəyə qaçıblar", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi