BMT-nin Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı yeni qətnamə qəbul edilib

BMT-nin Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı yeni qətnamə qəbul edilib "Münaqişə tərəfləri fevralın 12-də Minskdə əldə olunan razılaşmanı bütövlüklə əməl etməlidir"
Digər ölkələr
18 Fevral , 2015 01:09
BMT-nin Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı yeni qətnamə qəbul edilib

Bakı. 18 fevral. REPORT.AZ/ BMT-nin Təhlükəsizlik Şurasında Ukraynada başverən qanlı hadisələrlə bağlı yeni qətnamə qəbul edilib.

"Report"un xəbərinə görə, Rusya Federasiyasının təklifi ilə qəbul edilən sənəddə qeyd olunur ki, münaqişə tərəfləri fevralın 12-də Minskdə əldə olunan razılaşmanı bütövlüklə əməl etməlidir.

Xatırladaq ki, Minsk razılaşmasına əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, fevralın 17-dən isə ağır silahları cəbhə xəttindən geri çəkilməli idi. Lakin razılaşma kağız üstündə qaldı.

Qətnamədə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşıldığı da vurğulanır. Həmçinin bildirilir ki, Ukraynanın şərqində yaşanan münaqişə ancaq sülh yolu ilə həll oluna bilər.

Son xəbərlər

Orphus sistemi